Biz kimləri axtarırıq?

Davamlı inkişaf təşkilatımızın hər gördüyü işdə xüsusi önəmə malikdir. Hansı iş və ya peşə ilə məşğul olmağınızdan asılı olmayaraq,  sizdən bir fərd və eyni zamanda komandanın üzvü kimi spesifik məqsədlərə nail olmağınızı tələb olunacaq.  Bu Azerfon üçün bütün əməkdaşların razılaşdırılmış birgə biznes məqsədlərinə doğru yönəlməsi deməkdir. Həmçinin biz hər kəsin öz işinə görə məsuliyyət daşımasına da diqqət yetiririk. Buna görə də biz öyrənmək istəyən, işgüzar və əzmli insanlar axtarırıq. Əməkdaşlarımız bizim iş fəaliyyətimizi irəliyə aparan enerjini verəcək və bizə ölkənin ən yüksək keyfiyyətli və aparıcı qlobal standartlara cavab verən telekommunikasiya xidmətlərini göstərməkdə yardımçı olacaqlar.   

Biz həm texniki peşəkarlığı, həm də şəxsi keyfiyyətləri ilə digərlərindən fərqlənən liderlər axtarırıq. Bizim hər bir əməkdaşımız gördüyü işin eskpertidir və bacarıqlarını inkişaf etdirmək üçün daim səy göstərir. Həmçinin əməkdaşlarımızın ətrafdakıları ruhlandırmasını və həvəsləndirməsini istəyirik. Şirkətimizin hər bir təşkilati pilləsində əməkdaşlar müəyyən məsuliyyətlərə malikdirlər – onlar qərarlar qəbul edir və bu qərarların sona qədər yerinə yetirilməsində iştirak edirlər. Biz tərəqqiyə can atan, əzmli və qərarlı şəxsləri axtarırıq. Onların liderliyi ələ alması indi və gələcəkdə fərq yaradacaqdır.


printerçap versiyası