Azerfon Yay Təcrübə Proqramı 2011

Səkkiz fərqlənən  tələbə “Bizə indi qoşul və uğurlu gələcəyimizə ortaq ol!” şüarı altında keçirilən Azerfon Yay Təcrübə Proqramında iştirak etmək imkanını  qazandılar.

Layihənin əsas məqsədi istedadlı tələbələri müəyyən edib, Yay Təcrübə Proqramına cəlb etmək və 3 aylıq proqramın nəticələrinə əsasən  ən müvəffəqiyyətli tələbələri  işlə təmin etməkdən ibarətdir.

Layihənin seçim prosesində 420 – dən artıq müraciət forması nəzərdən keçirilmiş, 260 müraciətçi növbəti mərhələyə keçərək, test imtahanında iştirak etmiş və 45 tələbə müsahibə mərhələsinə dəvət almışdı.  Müsahibə mərhələsindən uğurla keçən aşağıda adı çəkilən  tələbələr 2011 Azerfon Yay Təcrübə Proqramında iştirak etmək imkanını qazandılar.

Gəncləri bu uğur münasibətilə təbrik edir, onlara gələcəkdə daha yüksək nailiyyətlər əldə etməyi arzu edirik!

Fotoşəkillər

 

 

Tələbənin Adı

Universitet

Departament

Məryəm İsmayılova

Azərbaycan Texniki Universiteti

İnformasiya Texnologiyaları

Ruslan Akçurin

Azərbaycan Texniki Universiteti

İnformasiya Texnologiyaları

Tural Ağazadə

Azərbaycan Texniki Universiteti

İnformasiya Texnologiyaları

Tural Yunusov

Azərbaycan Texniki Universiteti

İnformasiya Texnologiyaları

Cavid Hüseynov

Azərbaycan Texniki Universiteti

Texniki

Şəhriyar Şərbətov

Qafqaz Universiteti

Texniki

Hüseyn Hüseynov

Azərbaycan Dövlət İqtisad Universiteti

Kommersiya

Leyli Cabbarlı

Azərbaycan Dövlət İqtisad Universiteti

Kommersiya


printerçap versiyası