Azerfon Yay Təcrübə Proqramı 2012

Böyük məmnuniyyətlə elan edirik ki, 2012-ci il Azerfon Yay Təcrübə Proqramı başlanır!

2011-ci ildə keçirilən Təcrübə Proqramı nəticəsində 7 iştirakçı şirkət tərəfindən daimi işlə təmin olunma imkanını əldə etmişdir. Əvvəlki təcrübə proqramlarının müsbət nəticələrini nəzərə alaraq, istedadlı tələbə və məzunlara göstərdiyimiz diqqət və qayğını bu il də davam etdirmək qərarına gəldik.

Müraciət etmək üçün aşağıda qeyd olunan tələblərə nəzər yetirməyiniz xahiş olunur:

  • Universitetlər  –  Azərbaycan Texniki Universiteti, Qafqaz Universiteti, Bakı Dövlət Universiteti, Moskva Dövlət Universitetinin Bakı filialı, Odlar Yurdu Universiteti;
  • Fakültələr  - İT və ya əlaqəli, Telekommunikasiya və ya əlaqəli;
  • Dərəcə/diplom– Bakalavr pilləsinin 4-cü kurs tələbələri , Magistr pilləsinin 1-ci və 2-ci kurslarının tələbələri, 2011-ci ilin məzunları (Bakalavr və ya Magistr);
  • Vətəndaşlıq – Azərbaycan

Siz də 2012-ci il Azerfon Yay Təcrübə Proqramında iştirak etmək istəyirsinizsə və yuxarıda qeyd olunan meyarlara cavab verirsinizsə, aşağıda qeyd olunan online müraciət formasını doldurmanızı xahiş edirik.

ONLINE MÜRACİƏT FORMU

 

BİZƏ İNDİ QOŞUL VƏ UĞURLU GƏLƏCƏYİMİZƏ ORTAQ OL! 


printerçap versiyası