Azerfon-da işə qəbul və seçim prosesi

İşə qəbul və seçim, Azerfon şirkətinin İnsan Qaynaqları departamentinin əsas funksiyalarından biridir. Biz anlayırıq ki, işə qəbul təşkilatın insan resurslarınınplanlaşdırılması və rəqabət gücünün vacib hissəsidir, çünki təşkilatda düzgün vəzifəni tutan səriştəli insan qaynaqları əhəmiyyətli resursdur və təşkilatın strateji üstünlüyüdür. Rəqabət gücünün yaradılması və təşkilatin strateji üstünlüyünün əldə olunması yolunda işə qəbul prosesi ilk addımdır.

Azerfon-a iş müraciətiniz uyğundursa, siz müsahibəyə dəvət olunacaqsınız. Uğur  qazanmağımız üçün lazımi biliklərə və bacarıqlara malik olan insanları müəyyən etmək məqsədilə, biz yetkinliklərə əsaslanan müsahibələr aparırıq. Adətən müsahibə prosesi iki 1-sattlıq müsahibə mərhələsindən ibarətdir. Bunların hər ikisi üçün çalışmaq istədiyiniz sahə və ya proqramdan olan təmsilçilər müsahibədə iştirak edə bilər. İşə götürən menecer adətən ikinci müsahibədə iştirak edir.

Vəzifədən və dərəcədən asılı olaraq, namizədlərdən Azerfonun tətbiq etdiyi dəyərləndirmə mərkəzində iştirak etmələri xahiş oluna bilər. 

Azerfonun Dəyərləndirmə Mərkəzi aşağıda qeyd olunan elementlərin biri, bir neçəsi, və ya hamısından ibarət ola bilər:

  • Yazılı tapşırıq,
  • Qrup şəklində müzakirə,
  • Faktların axtarışı,
  • Təqdimat,
  • Rol oyunları,
  • Məsələlərin həlli

və bir bütöv iş gününə qədər vaxt tələb edə bilər.

Seçim prosesi tamamlandıqda, sizə vəzifələriniz, tabeçilik strukturu, həmçinin əmək haqqı və güzəştlərə aid faydalı məlumatı özündə cəmləşdirən İş təklifi təqdim olunur. Bu zaman sizdən Azerfon-da hansı tarixdən əmək fəaliyyətinə başlayacağınız haqda məlumat vermək və İş Təklifinə razı olduğunuzu göstərmək üçün İş təklifini imzalamağınız xahiş olunacaqdır.  

Azerfon-a iş müraciətiniz uğursuz olduqda, siz bu qərar haqqında e-poçt və ya telefon vasitəsilə məlumatlandırılacaqsınız.


printerçap versiyası