Müsahibə zamanı, bilik və bacarıqlarınızdan iş prosesində necə istifadə etdiyinizə xüsusi önəm verilir. Suallar, müraciət etdiyiniz vəzifənin mühüm aspektlərinə bağlı yetkinliklər haqqında məlumat toplamaq məqsədilə, xüsusi struktur üzrə qurulur. Biz, sizin bilik və bacarıqlarınızın, işin tələblərinə cavab verdiyinə əmin olmaq istəyirik. Hər bir sualda müsahibə aparanlar müəyyən vəziyyət və ya qoyulmuş vəzifə haqqında, həmçinin bu barədə gördüyünüz tədbirlər və əldə etdiyiniz yekun nəticələrə dair konkret misal çəkməyinizi xahiş edəcəklər.
Bundan əlavə müsahibə sizin bacarıqlarınız haqqında daha ətraflı öyrənmək imkanı verir. Məsələn, sizin ünsiyyət qurma, təsir etmə və qarşılıqlı işgüzar şəbəkə qurma kimi bacarıqlarınız dəyərləndiriləcəkdir. Üz-bəüz müsahibə bizə yüksək göstəricilər nümayiş etdirən namizədləri müəyyən etməyə kömək edir.
Sizdən iki müsahibədə iştirak etmək xahiş olunduqda, onların biri vəzifənin texniki aspektlərinə, digəri isə davranış yetkinliklərinə və işgüzar tərzinizə önəm verəcəkdir.
Müsahibə işgüzar tərzinizi və nəailiyyətlərinizi nümayiş etdirmək üçün gözəl imkandır.
Müsahibə zamanı sərbəst olun və suallara səmimi cavablar verin. Əgər sual aydın deyilsə, sadəcə sualın təkrar olunmasını xahiş edin. Cavab verməyə tələsməyin, fikrinizi tam çatdırmaq üçün lazımi vaxtdan faydalanaraq, iş təcrübənizdən çoxlu nümunələr göstərin.
Həm də müsahibə Sizə vəzifə haqqında daha ətraflı məlumat əldə etmək imkanı verir. Müraciət etdiyiniz vəzifənin sizi maraqlandıran aspektləri haqqında düşünün və müsahibə aparan şəxsə suallarınızı hazırlayın. Bu seçdiyiniz vəzifənin sizə uyğun olub-olmamasını müəyyənləşdirməkdə yardımçı olacaqdır.
Peşəkar vəzifəyə qəbul edilmək üçün vacib hissələrdən biri müsahibənin uğurla keçilməsidir. Müsahibəyə tam hazır olduğunuza əmin olmaq üçün bu tövsiyyələrə riayət edin:
- Şirkətin fəaliyyəti haqqında məlumat əldə edin. Bu məlumatı müsahibə zamanı istifadə edin (beləliklə işinizə ciddi yanaşdığınızı nümayiş etdirmiş olacaqsınız).
- Ən son məlumatları daxil etməklə tərcümeyi-halınızı yeniləyin. Orfoqrafik, qramatik və ya durğu işarələrində xətəların olub-olmamasını iki dəfə yoxlayın. Müsahibə üçün tərcümeyi-halınızın təmiz nüsxəsini götürün (artıq əvvəlcədən göndərmiş olsanız belə).
- Müraciət etdiyiniz vakansiyaya uyğun geyim tərzini seçin. Əvvəlcədən bilirsinizsə, geyim siyasətinə riayət etməyə çalışın. Geyiminizdən asılı olmayaraq, əmin olun ki, geydiyiniz əşyalar təmizdir, qırışıqsızdır, üzərində cırıq və ya deşik yoxdur və düymələr yerindədir.
- Müsahibə zamanı a) vəzifəyə olan marağınızı göstərmək, b)müraciət etdiyiniz vəzifə və gələcək karyera perspektivləri haqqında əlavə məlumat əldə etmək üçün soruşa biləcəyiniz bir neçə sual hazırlayın.
- Müsahibəni razılaşdırdıqda, əlavə sənədlərin (sürücülük vəsiqəsi, sertifikatlar və s.) gətirilməsi zərurətinin olub-olmadığını dəqiqləşdirin.
Müsahibəyə gedərkən, uğur qazanmaq üçün bunlara riayət edin:
- Müsahibəyə təyin olunan vaxtdan bir qədər əvvəl gəlin (yollarda tıxac və ya təsadüfi hal kimi fors-majoru nəzərə alın). Müsahibədən öncə ayrıca ərizə doldurmalısınızsa, bir az tez gəlin. Siz onu təyin olunmuş görüş saatına qədər tam doldurmalısınız.
- Müsahibə alana sonradan sizin davranışınız haqqında rəy verə biləcək digər şəxslərə qarşı xüsusilə müsbət münasibət göstərin.
- Müsahibə aparan şəxslə görüşəndə əlini normal sıxın, nəzakətlə və optimistik tərzdə salamlaşın və gülümsəyin.
- Müsahibə zamanı göz təması qurun, gülümsəyin və başınızla razılıq bildirin. Sonrakı suallarınız üçün qeydlər aparmaqdan çəkinməyin.
- Jestlərə diqqət yetirin. Belinizi bükməyin, əllərinizi çarpaz vəziyyətdə saxlamayın, və ya hər hansı bir mövzuda marağınızın olmamasını nümayiş etdirməyin.
- Məlumata və suallara diqqətlə qulaq asın. Lakin sualı və şərhi aydın eşitmədikdə, müsahibə aparandan təkrarlamasını xahiş edin.
- Suallara cavab verməkdən əvvəl düşünün. Cavabınızda bildirmək istədiyinizə diqqət yetirin və əminliklə danışın.
- Tərcümeyi-hal, ərizə və ya müsahibədə qeyri-düzgün və ya şişirdilmiş məlumatlar verməyin. Sonradan yanlış məlumat aşkar olunduqda, birbaşa işdən kənarlaşdırılmanıza əsas ola bilər.
- İşə götürüldükdə, şirkətin siyasəti haqqında bütün vacib məlumatları (geyim tərzi, bayramlar, güzəştlər, iş qrafiki və s. haqqında) əldə edin.
