İcraçı Direktorumuz

Y.Pitz Avstriyanın üçüncü mobil operatoru Orange Austria şirkətinin İcraçı Direktoru, Nokia Networks Germany şirkətinin vitse-prezidenti olan, telekommunikasiya sahəsində uzun illik təcrübəyə malik peşəkardır. Cənab Pitz Azerfon şirkətinə rəhbər etməkdən öncə, Avropa və Afrika qitələrində bir neçə mobil operatorların yüksək səviyyədə idarəolunmasını həyata keçirmişdir. O, 18 ildən artıqdır ki, telekommunikasiya sahəsində çalışır və Nokia kimi şirkətin yüksək rəhbər vəzifələrində, Orange Austria-da İcraçı Direktor və Comium Mobile-da Qrupun BİM-i olmaqla, adı çəkilən şirkətlərin inkişafına öz əvəzolunmaz töhfəsini vermişdir.  

"Azərbaycan MDB regionunda İKT sənayesinin inkişafında aparıcı mövqelərdən birini tutur və  İKT ölkə iqtisadiyyatının sürətlə irəliləyən ikinci sektorudur. Dinamik templərlə artan Azerfon bu tərəqqinin hissəsidir. Mən Azerfon-a BİM qismində qoşulmağıma sevinirəm və bildirmək istəyirəm ki, aparıcı texnologiyalardan və dünya təcrübəsindən bəhrələnməklə, komandamız şirkətin daha da inkişaf etməsi üçün bütün səylərini göstərəcək. Biz müştərilərimizin tələblərinə, geniş miqyaslı faydalı mobil xidmətlərini ölkədə göstərməklə , müştərilərin məmnuniyyətinə  xüsusi önəm verəcəyik".

  
   

Yurgen Pitz

Baş icraçı direktor

 


printerçap versiyası