|
2007-ci ildə Azərbaycanda fəaliyyətə başlayan Azerfon telekommunikasiya və mobil rabitə sahəsində fəaliyyət göstərən, ölkənin qabaqcıl şirkətidir. Fəaliyyətə başladığı gündən etibarən, Azerfon telekommunikasiya və mobil rabitə sahəsində yeni operator Nar Mobile ticarət nişanını təqdim etmişdir. Nar Mobile ticarət nişanı Azərbaycanın zəngin mədəni irsinin müasir həyatla bağlılıq rəmzi kimi seçilmişdir. Azerfon şəbəkəsi Azərbaycan Respublikasının 80% əhatə edir. Hal-hazırda Azerfon şəbəkəsindən 1 600 000 çox abunəçi istifadə edir. 2009-cu ildə Azerfon MMC və Vodafone şirkəti arasında qeyri-səhmdar tərəfdaşlıq müqaviləsi imzalanmışdır. 02.12.2009 tarixində Azerfon MMC ölkədə ilk dəfə olaraq 3G texnologiyaları xidmətlərinin göstərilməsi üçün lisenziya almışdır. Azərbaycanın ən innovativ və sürətlə inkişaf edən mobil operatoru hal-hazırda Vodafone şirkətinin rəsmi tərəfdaşıdır. Azerfon təqdim etdiyi bir sıra məhsul, xidmət və qurğulara, habelə təchizatlar silsiləsinin idarə edilməsi, müştərilərin cəlb olunması və təkmilləşdirilmiş şəbəkələrarası əlaqənin təşkil olunması sahəsində Vodafone şirkətinin geniş təcrübəsindən ekskluziv istifadə hüququ əldə edir. Vodafone şirkətinin məhsulları Azerfon-un hazırkı və gələcək abunəçilərinə təqdim olunur. Bu gün Azərbaycandamobil rabitə sahəsində sürətlə inkişaf edən Azerfon şirkəti, yüksək səviyyəli rabitə xidmətlərinin təqdim olunması məqsədilə ölkəyə üçüncü nəsl şəbəkəsini - 3G texnologiyasına əsaslanan xidmətləri tətbiq edir. İstifadədə sadə, yüksəkkeyfiyyətli, qabaqcıl mobil şəbəkə xidmətlərinin təminatçısı imici bizim sürətli inkişafımıza təkan verir. Biz mobil telekommunikasiya bazarının yeni sahələrini araşdırmaqla bir qurum kimi dəyərimizi artırırıq. Azerfon idarəçilik prinsipləri, müştəri məmnuniyyəti, keyfiyyət təminatı, sosial məsuliyyət layihələri və ətraf mühiti qoruma prinsipləri ilə xalqa xidmət etməkdədir.
|

